“İnter” klubu İtaliya millisinin üzvünü transfer edir
İtaliyanın “İnter” klubu daha bir futbolçunu heyətinə cəlb edir.

Milan təmsilçisi “Latsio”nun hücumçusu Antonio Kandrevanı transfer edir.

İtaliya millisinin üzvü tibbi baxışdan keçmək üçün Milana gedib. Daha sonra 29 yaşlı futbolçu “İnter”lə müqavilə imzalayacaq.

Transferə görə “İnter” paytaxt klubuna 21 milyon avro ödəyəcək.

Xəbər 738 dəfə oxundu.