Zirə oyunoncəsi son məşqə çıxdı | |
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” hazırlığın son mərhələsindədir. Zirəlilər bu gün qardaş ölkədə ikinci yoxlama oyununa çıxacaq. “Qartallar”ın rəqibi Türkiyənin “Göztəpə” klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Dünən baş məşqçi Adil Şükürov komandanı oyunöncəsi son məşqə çıxarıb. Futbolçular taktiki-texniki çalışmalarla qarşılaşmaya hazırlaşıblar. |
|
Xəbər 804 dəfə oxundu. |
|
|