Marina Durunda: Bakıda Dünya Kuboku yarışları gərgin idman mübarizəsi şəraitində keçdi
Bakıda Dünya Kuboku yarışları gərgin idman mübarizə şəraitində keçdi. “Rio-2016” Yay Olimpiya Oyunları öncəsi mənim üçün yaxşı hazırlıq oldu. Səhvlərimin üzərində işləyib, bütün fikrimi “Rio-2016”ya yönəltməliyəm.

Bu sözləri Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının bürünc mükafatçısı Azərbaycan gimnastı Marina Durunda deyib.

Gimnastımız bildirib ki, Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil etməyə layiq olduğumu sübut etmək lazımdır və bu məsuliyyət mənə bir qədər təzyiq göstərir. Lakin ümid edirəm ki, layiqincə çıxış edə biləcəyəm. Artıq indidən Rio Olimpiadasına psixoloji cəhətdən köklənmək lazımdır.

Xəbər 748 dəfə oxundu.