Valtteri Bottas: Gördüklərim belə deməyə əsas verir ki, Bakı trası xoşagələn və sürətlidir
“Uilyams” komandasının yürüşçüsü Valtteri Bottasın fikrincə, “Formula-1” Avropa qran-prisinin keçiriləcəyi Bakı şəhər trası sürət trası olmalıdır.

Bottas deyib: “Əvvəllər heç vaxt Azərbaycanda olmamışam. Ümumiyyətlə bu yürüş məndən ötrü bir qədər məchul məsələdir. Gördüklərim belə deməyə əsas verir ki, Bakı trası xoşagələn və sürətlidir. Təzə yerlərə getməyi, yeni mədəniyyətlərlə tanış olmağı, yeni şəhərləri görməyi xoşlayıram. Bu ölkə, bu şəhər barədə, xüsusən tras barədə çox şey öyrənmək imkanını səbirsizliklə gözləyirəm”.

Xəbər 660 dəfə oxundu.