AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib
AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib.

Aparılmış müzakirələrdən sonra növbəti mövsüm üçün müvafiq qaydada lisenziya almış klubların sayı nəzərə alınaraq, Premyer Liqanın 2016/2017-ci il mövsümü 8 komandanın iştirakı ilə keçirilməsi, AFFA-nın Klublar Komitəsinin təklifinə əsasən, legioner futbolçular üçün klublar tərəfindən ödənilən rüsumun məbləği 5 min manat müəyyənləşdirilməsi, təmsil etdiyi ölkənin milli komandasının üzvü olan legioner futbolçuların sifariş ərizəsinə ödənişsiz daxil olunması barədə qərar qəbul olunub.

AFFA-nın Klublar Komitəsinin təklifinə əsasən, intizam qaydalarına uyğun olaraq tətbiq edilən cərimə sanksiyalarının məbləği 20 faiz endirilib. AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq, futbol veteranı Füzuli Cavadova və Nurəddin Əliyevə qurumun təqaüdü verilib.

Xəbər 793 dəfə oxundu.