Azərbaycan millisinin basketbolçusu Gürcüstan çempionu olub | |
“Kutaisi” klubu kişi basketbolçular arasında Gürcüstan çempionatının qalibi olub. Azərbaycan millisinin basketbolçusu Zaur Paşayevin şərəfini qoruduğu komanda finalda “Dinamo”dan (Tbilisi) üstün olub. Həlledici seriyada hesab 2:2 olduğundan çempionun adına 5-ci matçda aydınlıq gəlib. Son oyunda rəqibini 76:71 hesabı ilə məğlub edən “Kutaisi” qızıl medalla sahib olub. Millimizin oyun qurucusu qələbədə xüsusi pay sahibi olub. O, komandasının aktivinə 18 xal yazdırıb. |
|
Xəbər 801 dəfə oxundu. |
|
|