Azərbaycanda keçiriləcək AÇ ilə bağlı hər şey | |
AFFA Mayın 5-dən 21-dək Bakıda keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 barədə ümumi məlumatları açıqlayıb. Azerisport.az sizi həmin məlumatlarla tanış edir. UEFA U-17 Avropa çempionatı seçmə mərhələ, elit raund və final mərhələsindən ibarətdir. 2014-cü ildən etibarən çempionatın formatında dəyişiklik edilərək komandaların sayı 8-dən 16-ya kimi artırılmışdır. Payız aylarında keçirilən seçmə mərhələ hər birində 4 komanda olmaqla 13 qrupda keçirilir. Elit raund yaz aylarında təşkil olunur. Bu mərhələdə 31 komanda 8 qrupda mübarizə aparır. Hər qrupda birinci yeri tutan 8 və ikinci yerdə qərarlaşan 7 komanda, həmçinin çempionata ev sahibliyi edəcək ölkənin təmsilçisi final mərhələsinə vəsiqə qazanır. Final mərhəsində komandalar 4 qrupa bölünür. Qruplarda ilk iki yeri tutanlar 1/4 finalda, bu mərhələnin qalibləri isə 1/2 final oyunlarında qarşılaşır. Çempionatın qalibi final oyununda müəyyənləşir. Azərbaycanda keçiriləcək UEFA U-17 Avropa çempionatı sayca 15-ci olacaq. Turnirin Azərbaycanda təşkil olunması barədə qərar UEFA İcraiyyə Komitəsinin 2012-ci il martın 20-də Türkiyənin İstanbul şəhərində keçirilmiş iclasında qəbul olunub. UEFA U-17 Avropa çempionatının oyunları Bakı şəhərində yerləşən 4 stadionda keçiriləcək. Açılış oyunu, yarımfinal qarşılaşmaları və final matçı Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Suraxanı qəsəbəsində yerləşən “Qarabağ stadionu” yalnız qrup oyunları zamanı istifadə olunacaq. Burada 6 oyun keçiriləcək. 8-ci km stadionunda 8 (2-si 1/4 final qarşılaşması olmaqla), Dalğa Arenada 8 (2-si 1/4 final qarşılaşması olmaqla), Bakı Olimpiya Stadionunda isə 9 oyun təşkil olunacaq. Çempionatın mayın 5-də, saat 19:30-da, Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasimində Azərbaycan Respublikasının əməkdar artisti, UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın səfiri Röya Ayxan və populyar müğənni Miri Yusif çıxış edəcəklər. Röya Ayxan turnirin püşkatma mərasiminin də iştirakçısı olub. Hər iki müğənni UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın “Biz qalib olmalıyıq!” adlı rəsmi himnini duet şəklində ifa ediblər. Musiqisi İsmayıl əsədov və Ramin Vəlibəyova, sözləri isə İsmayıl Əsədova məxsus olan himnə futbol mövzusunda klip çəkilib. UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın püşkatma mərasimi aprelin 8-də Bakı Olimpiya Stadionunda keçirilib. Qruplar A qrupu 1. Azərbaycan 2. Portuqaliya 3. Belçika 4. Şotlandiya B qrupu 1. Ukrayna 2. Almaniya 3. Avstriya 4. Bosniya və Herseqovina C qrupu 1. Fransa 2. Danimarka 3. İngiltərə 4. İsveç D qrupu 1. İtaliya 2. Serbiya 3. Hollandiya 4. İspaniya Təqvim 5 may Saat 14:00. 8-ci KM stadionu Avstriya – Bosniya və Herseqovina Saat 17:00. Bakı Olimpiya Stadionu Ukrayna – Almaniya Saat 19:00. 8-ci KM stadionu Belçika – Şotlandiya Saat 20:00. Bakı Olimpiya Stadionu Azərbaycan – Portuqaliya 6 may Saat 14:00. “Qarabağ” stadionu İtaliya – Serbiya Saat 15:30. Dalğa Arena Hollandiya – İspaniya Saat 19:00. “Qarabağ” stadionu İngiltərə – İsveç Saat 19:00. Dalğa Arena Fransa – Danimarka 8 may Saat 14:00. 8-ci KM stadionu Ukrayna – Avstriya Saat 15:30. Dalğa Arena Portuqaliya – Şotlandiya Saat 19:00. 8-ci KM stadionu Azərbaycan – Belçika Saat 19:00. Dalğa Arena Almaniya – Bosniya və Herseqovina 9 may Saat 14:00. Bakı Olimpiya Stadionu Danimarka – İsveç Saat 16:00. “Qarabağ” stadionu İtaliya – Hollandiya Saat 17:00. Bakı Olimpiya Stadionu Serbiya – İspaniya Saat 20:00. “Qarabağ” stadionu Fransa – İngiltərə 11 may Saat 16:00. 8-ci KM stadionu Şotlandiya – Azərbaycan Saat 16:00. Dalğa Arena Portuqaliya – Belçika Saat 19:15. 8-ci KM stadionu Bosniya və Herseqovina – Ukrayna Saat 19:15. Dalğa Arena Almaniya – Avstriya 12 may Saat 14:00. “Qarabağ” stadionu İspaniya – İtaliya Saat 14:00. Bakı Olimpiya Stadionu Serbiya – Hollandiya Saat 19:00. “Qarabağ” stadionu İsveç – Fransa Saat 19:00. Bakı Olimpiya Stadionu Danimarka – İngiltərə 14 may, 1/4 final Saat 15:00. Dalğa Arena A1 – B2 (A cütü) Saat 20:00. Dalğa Arena B1 – A2 (B cütü) 15 may, 1/4 final Saat 16:00. 8-ci KM stadionu C1 – D2 (C cütü) Saat 20:00. 8-ci KM stadionu D1 – C2 (D cütü) 18 may, 1/2 final Saat 15:00. Bakı Olimpiya Stadionu A cütünün qalibi – C cütünün qalibi Saat 20:00. Bakı Olimpiya Stadionu B cütünün qalibi – D cütünün qalibi 21 may, final Saat 20:00. Bakı Olimpiya Stadionu Biletlərin satış məntəqələri: «Park Bulvar» ticarət mərkəzi Ünvan: Bakı ş. Neftçilər prospekti 92 Bakı Olimpiya Stadionu Ünvan: Bakı ş. Böyükşor Şossesi (Koroğlu metro stansiyasının yanı) «28 Mall» ticarət mərkəzi Ünvan: Bakı ş. Azadlıq prospekti, Nəsimi r-nu, Füzuli küçəsi 8-ci km stadionu Ünvan: Bakı ş. Naxçıvanskiy küçəsi (242 nömrəliməktəbin yanı) «Gənclik Mall» ticarət mərkəzi Ünvan: Bakı ş. Fətəli Xan Xoyski küçəsi Qarabağ stadionu Ünvan: Bakı ş. Suraxanı qəsəbəsi «Şüvəlan Park» ticarət mərkəzi Ünvan: Bakı ş. Şüvəlan qəsəbəsi, Almaz İldırım küç. 68 Bakcell müştəri xidmətləri Ünvan: Bakı ş. Ü.Hacıbəyli küç.48 (Sahil Metrosunun yaxınlığında) |
|
Xəbər 752 dəfə oxundu. |
|
|