İdmançılarımız Konyada Rumi Uşaq Oyunlarında iştirak edəcəklər
Aşağı yaşlı karateçilərimiz Türkiyədə beynəlxalq uşaq idman oyunlarında iştirak edəcəklər. Aprelin 21-22-də Konyada keçiriləcək altıncı Rumi Uşaq İdman Oyunlarına 11 karateçimiz yollanıb.

Məşqçi Gündüz Mahmudovun rəhbərlik etdiyi heyətə oğlanlardan Abbas Dadaşov (52 kq), Fərid Ağayev, Tural Yaqubov (57 kq), Eldar Qədirov (63 kq), Bəxtiyar Rzayev (70 kq), Musa Sarızadə (70 kiloqramdan yuxarı), qızlardan isə Mədinə Sadıqova (47 kq), Ayla Rzazadə (54 kq) və Nərgiz Vəliyeva (54 kiloqramdan yuxarı) daxil edilib. Kata yarışlarında Səbuhi Quluzadə və Emilya Mitlinova çıxış edəcəklər.

Xəbər 729 dəfə oxundu.