Bakının “Lokomotiv” voleybol klubu Çempionlar Liqası yarışlarında iştirakını dayandırıb | |
Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol klubu Çempionlar Liqası yarışlarının play-off mərhələsində cavab oyununu keçirib. “Lokomotiv” komandası İsveçrədə yerli “Volero” klubu ilə qarşılaşıb. Sürixdəki “Saalsporthalle” Arenada təşkil olunan görüşdə “Volero” komandası 3:1 hesabı ilə qalib gəlib. Komandalar arasında Bakıda təşkil olunan ilk oyunda Azərbaycan klubu rəqibindən üstün olmuşdu – 3:2. İki oyunun nəticəsinə görə, “Lokomotiv” klubu Çempionlar Liqası yarışlarında iştirakını dayandırıb. |
|
Xəbər 653 dəfə oxundu. |
|
|