«Baku Alovları» 9-cu qələbəsini qazanıb | |
Dünən Almaniyanın Halle şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 9-cu turunun matçı baş tutub. İdman.com.az saytının məlumatına görə, ölkəmizi təmsil edən «Baku Fires» klubu səfərdə «Leipzig Leopards»lə qarşılaşıb. Üstün döyüş nümayiş etdirən «Bakı Alovları» növbəti qələbəsinə qazanıb - 4:1. Bununla da, naməğlub adını davam etdirib. Fevralın 10-da «B» qrupunda daha bir görüş keçirilib. İstanbulda yerli «Istanbul Bosphorus» klubu «Mexico City Guerreros» qəbul edib. Qarşılaşma qonaqların 5:0 hesablı qələbəsi ilə nəticələnib. «Baku Fires» qrup mərhələsində sonuncu matçını məhz Meksikada keçirəcək. Döyüşlər fevralın 17-də baş tutacaq. «Leipzig Leopards» - «Baku Fires»: 54 kq. Dennis Villi Ceylan (Danimarka) - Məhəmməd Əbdülhəmidov (Azərbaycan) - 49:46, 47:48, 47:48 61 kq. Artur Bril (Almaniya) - Semyon Qrivaçyov (Azərbaycan) – 45:50, 45:50, 45:50 73 kq. Ştefan Hertel (Almaniya) - Nikolay Veselov (Belarus) - 45:50, 45:50, 45:50 85 kq. Kevin Küntsel (Almaniya) - Vətən Hüseynli (Azərbaycan) - 48:47, 48:47, 48:47 +91 kq. Filipp Gruner (Almaniya) - Hacı Murtuzəliyev (Azərbaycan) - Murtuzəliyev 2-ci raundda texniki nokautla qələbə qazanıb Turnir cədvəli: 1.«Baku Fires – 27 xal, döyüşlərin fərqi – 37-8 (9 matç) 2.«Mexico City Guerreros» – 16, 24-15 (8) 3.«Leipzig Leopards» – 13, 22-23 (9) 4.«Paris United» – 12, 17-22 (8) 5.«Istanbul Bosphorus» – 11, 18-27 (9) 6.«Beijing Dragons» – 3, 6-29 (7) |
|
Xəbər 1247 dəfə oxundu. |
|
|