“Neftçi”nin icraçı direktoru ECA-nın 16-cı Baş Assambleyasında iştirak edib
Parisdə Avropa Klublar Assosiasiyasının (ECA) 16-cı Baş Assambleyası təşkil olunub.

FİFA-nın baş katibinin müavini Marko Villinger, UEFA-nın baş katibi Canni İnfantino və ECA-nın sədri Karl-Haynz Rummenige ilə yanaşı, ümumilikdə 143 klub nümayəndəsinin qatıldığı assambleyada “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov da iştirak edib.

ECA-nın FİFA tərəfindən qəbul olunmuş vacib qərarlarda fəal iştirakı tədbirin əsas mövzusu olub. Bildirilib ki, FİFA əsas struktur kimi futbolun inkişafı və idarə olunmasında məsul qurumdur. Bu səbəbdən də FİFA klub və futbolçularla daha sıx münasibətdə olmalıdır.

Sonra Elnur Məmmədov üzvü olduğu “Marketinq və kommunikasiya üzrə İşçi Qrupu”nun iclasında iştirak edib. Tədbirdə işçi qrupunun üzvləri növbəti illərdə baş tutacaq klub turnirlərinin təşkili və inkişafı mövzusunda müzakirələr aparıblar.

Xəbər 760 dəfə oxundu.