Azərbaycan yığması Bolqarıstan millisini məğlub edib | |
FIFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 6-da növbəti oyununu keçirib. Yığmamız Bolqarıstanın U-19 komandası ilə qarşılaşıb. Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyunda Azərbaycan millisi 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Gülər Mətin və İbrahim Qədirzadə vurub. Xatırladaq ki, yığmamız turnirdə ilk oyununu yanvarın 4-də Latviyanın U-19 komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. |
|
Xəbər 669 dəfə oxundu. |
|
|