Azərbaycan klublarının UEFA reytinqindəki yeni mövqeləri müəyyənləşib | |
456 qitə klubunun yer aldığı siyahıda yeddi Azərbaycan komandası da yer alır. Hazırda ölkəmizin ən yaxşı göstəriciyə malik komandası "Qarabağ"dır. Ağdam klubu 13.475 reytinq xalı ilə 129-cu pillədə qərarlaşıb. "Neftçi" 9.725 xalla 167-cidir. 5.475 xala malik "İnter" isə 246-cı pillədə yer alıb. Bu mövsüm Avropa liqasının qrup mərhələsində çıxış etməklə mövqeyini xeyli yaxşılaşdıran "Qəbələ" 5.225 reytinq xalı ilə 253-cü pilləyə yüksəlib. Qalan təmsilçilərimiz - "Xəzər Lənkəran" 4.475 xalla 283-cü, "Bakı" və AZAL isə 3.225 xalla 330-cu yerdə gedir. |
|
Xəbər 691 dəfə oxundu. |
|
|