“Telekom” klubu Avropa Çempionlar Liqasında növbəti matçını keçirib | |
Bakının qadın voleybolçulardan ibarət “Telekom” klubu Avropa Çempionlar Liqasında növbəti matçını keçirib. “Telekom” komandası 4-cü “Sərhədçi” Olimpiya İdman Mərkəzində Almaniyanın “Drezdner” komandası ilə görüşüb. “E” qrupunda autsayder olan ev sahibələri rəqibə müqavimət göstərsədə, sonda məğlub olub – 2:3 (21:25, 25:20, 21:25, 25:17, 7:15). İstanbul “Fənərbağça”sı 11 xalla liderdir. “Dresdner”in 7, “İmpel”in (Polşa) 4 və “Telekom”un 2 xalı var. |
|
Xəbər 787 dəfə oxundu. |
|
|