Güləş üzrə Rusiya Kuboku yarışları keçiriləcək | |
Dekabrın 10-11-də Çuvaşiyada qadınlar arasında sərbəst güləş üzrə Rusiya Kuboku yarışları keçiriləcək. Turnirdə dünyanın müxtəlif ölkələrindən ən güclü idmançıların iştirakı gözlənilir. Azərbaycan, Belarus, Qazaxıstan, Monqolustan, İsveç və ABŞ-dan sərbəst güləşçilər Çeboksara gələcəklər. Rusiya Kuboku yarışlarında cəmi 8 dəst mükafat oynanılacaq. Turnirin mükafat fondu 120 min dollardır. |
|
Xəbər 706 dəfə oxundu. |
|
|