«Baku Fires» - «Paris United»: 3-2 | |
Bu gün «Baku Fires» klubu Ümumdünya Boks Seriyası (WSB) (WSB) çərçivəsində növbəti döyüşə çıxıb. İdman.com.az saytının məlumatına görə, rəqib Fransanın «Paris United» komandası olub. «Sərhədçi» Olimpiya-İdman Mərkəzində keçirilmiş görüşdə «Baku Alovları» qonaqları 3:2 hesabı ilə məğlub edib. Bu, ev sahiblərinin 8 matçda 8-ci qələbə idi. Komandamızın yer aldığı «B» qrupunda «Istanbul Bosphorus» (Türkiyə) «Leipzig Leopards» (Almaniya) klubunu 4:1 hesabı ilə məğlub edib, «Mexico City Guerreros» (Meksika) və «Beijing Dragons» (Çin) komandaları arasında matç təxirə salınıb. «Baku Fires» - «Istanbul Bosphorus» 54 kq. Qairbəy Qermaxanov (Azərbaycan) – Samir Brahimi (Əlcəzair) – 50:45, 49:46, 49:46 61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Abdülkadər Şadi (Əlcəzair) - 48:47, 45:50, 47:48 73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Mişel Tavares (Fransa) - 49:46, 49:46, 48:4 85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Xrvoye Sep (Xorvatiya) - 49:46, 49:46, 49:46 +91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Filipp Xrqoviç (Xorvatiya) - 49:46, 49:46, 49:46 Turnir cədvəli: 1.«Baku Fires» – 24 xal, döyüşlərin fərqi - 33-7 (8 matç) 2.«Leipzig Leopards» – 13, 21-19 (8) 3.«Mexico City Guerreros» – 13, 19-15 (7) 4.«Paris United» – 12, 17-22 (8) 5.«Istanbul Bosphorus» – 11, 18-22 (8) 6.«Beijing Dragons» – 3, 6-29 (7) |
|
Xəbər 1185 dəfə oxundu. |
|
|