“Telekom” voleybol komandası İstanbulda “Fənərbaxça”nın qonağı olacaq
Bakının qadınlardan ibarət “Telekom” voleybol klubu Çempionlar Liqası yarışlarında ikinci oyununu bu gün səfərdə keçirəcək.

İstanbulda Burhan Felek Voleybol Salonunda “Telekom” yerli “Fənərbaxça” komandasının qonağı olacaq. Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən qarşılaşmaya avstriyalı Harald Soca və serbiyalı Ancelko Popoviç təyinat alıblar.

Çempionlar Liqası yarışlarının “E” qrupunda “Telekom” və “Fənərbaxça” komandaları ilə yanaşı, “İmpel” (Polşa) və “Drezdner” (Almaniya) kollektivləri də mübarizə aparıblar.

Xəbər 683 dəfə oxundu.