UEFA Çempionlar Liqasında dördüncü turun oyunları keçirilib | |
Noyabrın 3-də futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının qrup mərhələsində dördüncü turunun oyunları keçirilib. A, B, C və D qruplarında yer alan komandalar növbəti oyunlarına çıxıblar. A qrupunun liderləri “Real” və PSJ komandalarının aktivində 7 xal olduğundan, bu qarşılaşma liderin müəyyənləşməsi baxımından əhəmiyyətli idi. B qrupunda “Volfsburq” PSV-nin qonağı olub. Hollandiyalılar 2 cavabsız qolla qalib gəlib. “Mançester Yunayted” isə Moskva MOİK-ni qəbul edib. C qrupunda da liderlə sonuncu pillədəki komandalar qarşılaşıblar. “Atletiko” “Astana” səfərində xal itirib. Qrup üçüncüsü “Qalatasaray” isə “Benfika”ya məğlib olub. D qrupunda “Yuventus” Mönhenqladbax “Borussiya”sı ilə xalları bərabər bölüb. “Mançester Siti” isə İspaniyada “Sevilya"nı məğlub edib. "Şəhərlilər" qrupdan çıxmağı təmin ediblər. A qrupu “Real” (İspaniya) – PSJ (Fransa) - 1:0 Qol: Naço, 35 “Şaxtyor” (Ukrayna) – “Malmö” (İsveç) - 4:0 Qollar: Qladki, 29, Srna, 48, Alves, 55, Teyşeyra, 73 B qrupu PSV (Hollandiya) – “Volfsburq” (Almaniya) - 2:0 Qol: Lokadia, 56, de Yonq, 86 “Mançester Yunayted” (İngiltərə) – MOİK (Rusiya) - 1:0 Qol: Runi, 79 C qrupu “Astana” (Qazaxıstan) – “Atletiko” (İspaniya) - 0:0 “Benfika” (Portuqaliya) – “Qalatasaray” (Türkiyə) - 2:1 Qollar: Conas, 52, Luizao, 67 - Podolski, 58 D qrupu “Borussiya” (Mönhenqladbax, Almaniya) – “Yuventus” (İtaliya) - 1:1 Qollar: Conson, 18 - Lixtştayner, 44 “Sevilya” (İspaniya) – “Mançester Siti” (İngiltərə) - 1:3 Qollar: Tremulinas, 24 - Sterlinq, 8, Fernandinyo, 11, Boni, 36 |
|
Xəbər 749 dəfə oxundu. |
|
|