Azərbaycanlı hakim “Ximik” – “Nant” voleybol oyununa təyinat alıb | |
Azərbaycanlı voleybol hakimi Zaur Hacıyev beynəlxalq oyuna təyinat alıb. Avropa Voleybol Konfederasiyasının (CEV) təyinatına əsasən həmyerlimiz türkiyəli Mehmet Demirdelen ilə birgə “Ximik” (Ukrayna) – “Nant” (Fransa) oyununu idarə edəcək. CEV kuboku yarışlarının onaltıdabir final mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək qarşılaşma noyabrın 10-da Ukraynada oynanılacaq. Fransada təşkil olunan ilk görüşdə isə “Nant” 3:2 hesabı ilə qələbə qazanmışdı. |
|
Xəbər 683 dəfə oxundu. |
|
|