“Formula-1” ABŞ Qran-prisinin təsnifat yarışları bazar gününə keçirilib | |
Leysan yağışlar “Formula-1” yarışlarının ABŞ Qran-prisinin proqramında dəyişiklik edilməsinə səbəb olub. Yağışlı hava səbəbindən Texas ştatının paytaxtı Ostində keçirilən yarışın təsnifat mərhələsi şənbə günü 5 dəfə yarım saatlığına dayandırılıb. Yürüşləri davam etdirmək mümkün olmadığından yarış bazar gününə keçirilib. Hava imkan verərsə, pilotlar trasa oktyabrın 25-də yerli vaxtla saat 9:00 da (Bakı vaxtilə 19:00) çıxacaqlar. Uzun fasilələrə və leysan yağışa baxmayaraq, tamaşaçılar yerlərini tərk etməyiblər. Pilotlar isə bu müddətdə onları əyləndiriblər. Xatırladaq ki, “Formula-1” yarışları il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarətdir. Qaliblər ilin sonunda toplanan bütün xalların əsasında müəyyənləşdirilir. Yarışların Bakı Qran-prisi 2016-cı il iyunun 19-da keçiriləcək. |
|
Xəbər 554 dəfə oxundu. |
|
|