“Rəvan” futbol klubunda yeni baş məşqçi | |
Bakının “Rəvan” futbol klubunun baş məşqçisi Emin Quliyev istefaya göndərilib. Bu qərar “Rəvan”ın Topaz Premyer Liqasının səkkizinci turu çərçivəsində doğma meydanda “Kəpəz”ə 0:2 hesablı məğlubiyyətindən sonra qəbul olunub. Artıq “Rəvan”ın yeni baş məşqçisi müəyyənləşib. Komandanı bir neçə dəfə çalışdırmış Bəhmən Həsənov mövsümün sonunadək baş məşqçi təyin olunub. “Rəvan” cari mövsümdə 2 xal toplayaraq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. |
|
Xəbər 707 dəfə oxundu. |
|
|