Pərviz Abdullayev Rumıniyada qələbə qazandı | |
Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq arenada təmsil edən Pərviz Abdullayev növbəti döyüşünü keçirib. O, Rumıniyanın Sibiyu şəhərində təşkil olunan kikboksinq üzrə ACB KB 3 Grand Prix turnirində rinqə çıxıb. 72,5 kq çəki dərəcəsində çıxış edən "Kobra" ləqəbli idmançımız rumıniyalı Haris Ferizoviç ilə qarşılaşıb. 3 raund davam edən döyüşün qalibi hakimlərin qərarı ilə bəlli olub. Onların rəyinə əsasən hər 3 hissədə daha üstün olan Abdullayev bu görüşdə qələbə qazanıb. |
|
Xəbər 691 dəfə oxundu. |
|
|