Pele: Ziko FIFA prezidenti vəzifəsinə ən yaxşı namizəddir | |
Üçqat dünya çempionu, dünya futbolunun əfsanəsi Pele həmyerlisi Zikonu FIFA prezidenti vəzifəsinə ən yaxşı namizəd hesab edir. Pele bu barədə deyib: “Ziko FIFA rəhbərliyinə ən yaxşı namizəddir. Onun Yaponiyadakı fəaliyyətini qənaətbəxş hesab edirəm. Onu yaxşı tanıdığım üçün deyə bilərəm ki, Ziko bu kürsüyə ləyaqətli və güclü namizəddir. FIFA-ni idarə etmək çox çətindir”. Ziko bir müddət əvvəl FIFA prezidentliyinə seçkilərdə iştirak edəcəyini açıqlamışdı. |
|
Xəbər 646 dəfə oxundu. |
|
|