Sergey Karyakin: Dünya Kubokunda qazandığım qələbəni azərbaycanlı qrossmeyster, dostum Vüqar Həşimova həsr edirəm | |
Dünya Kubokunda qazandığım qələbəni azərbaycanlı qrossmeyster, dostum Vüqar Həşimova həsr edirəm. O, mənə çox əziz bir insan idi və mən onunla dostluğu həmişə yüksək qiymətləndirmişəm. FİDE-2015 dünya Kubokunun qalibi, rusiyalı şahmatçı Sergey Karyakin bu sözləri final tay-breykindən sonra keçirilən mətbuat konfransında söyləyib. Sergey Karyakin qeyd edib ki, Azərbaycanda çoxlu azarkeşləri var. O deyib: “Onlara təşəkkürümü bildirmək istəyirəm. Xüsusən Vüqarın qardaşı Sərxan Həşimov məni çox dəstəkləyir, həm şahmat, həm də psixoloji hazırlıq baxımından məsləhətləri ilə mənə kömək edirdi. Buna görə ona minnətdaram”. |
|
Xəbər 679 dəfə oxundu. |
|
|