Bu gün qitə çempionatı start götürür: Xorvatiyaya doğru
Bu gün Xorvatiyada futzal millilərinin Avropa çempionatı start götürür.
Fevralın 11-dək davam edəcək turnirdə 12 komanda, o cümlədən Azərbaycan seçməsi iştirak edir.

İdman.com.az saytının məlumatına görə, budəfəki turnir ev sahibi Xorvatiyanı da nəzərə almaqla, 42 komanda ətrafına toplayıb. Yarış iki seçmə mərhələdə təşkil olunub. Azərbaycan seçməsi 24 ən aşağı reytinqlinin mübarizə apardığı 1-ci mərhələdə iştirak etməyib. Bu raundun 6 qrupunun qalibləri və reytinqi yüksək olan daha 18 komanda əsas seçmə mərhələdə qüvvələrini sınayıblar. Yekunda final mərhələsinin 11 iştirakçısı müəyyənləşib.

Əsas seçmə mərhələnin qrup turnirlərindən biri - Qazaxıstan, Fransaya və sonuncu qitə çempionu İspaniya millisinin iştirakı ilə Bakıda təşkil olunmuşdu. Yarışda bütün rəqiblərinə qalib gələn İspaniya seçməsi ilə yanaşı, ev sahibi Azərbaycan qitə çempionatının final mərhələsinə vəsiqə əldə etmişdi.

Xəbər 909 dəfə oxundu.