Araz Abdullayev: "Qapıçı topu hansı küncə vuracağımı oxudu"
"Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayev Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Paytaxt klubunun futbolçusu 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"Oyunun əvvəlində penaltidən yararlana bilmədim. Amma biz buna görə ruhdan düşmədik. Uşaqlar da məni dəstəklədilər. Qələbə qazanmaq istəyirdik. Lakin bütün cəhdlərimizə baxmayaraq, başqa qol vura bilmədik. Qarşıdakı oyunlara baxmalı, daha yaxşı hazırlaşmalıyıq. Fikrimcə, penalti epizodunda qapıçı mənim topu hansı küncə vuracağımı "oxudu". Qələbə qazana bilmədiyimizə görə təəssüflənirəm. Özü də rəqib azlıqda qalmışdı".

Xəbər 827 dəfə oxundu.