Vengerin rekordu və antirekordu | |
Çempionlar Liqasının qrup mərhələsində Zaqreb “Dinamo”su ilə keçirilən oyun “Arsenal”ın baş məşqçisi Arsen Venger üçün əlamətdar olub. Fransız mütəxəssis bu oyunla ÇL-də 19-cu mövsümünə başlayıb. İndiyə qədər bu göstəriciyə yalnız “Mançester Yunayted”in keçmiş çalışdırıcısı Aleks Ferqyuson nail olmuşdu. Amma “Dinamo”ya məğlubiyyət (1:2) Venger üçün həm də antirekordla yadda qalıb. O, Çempionlar Liqasında 50 oyunda məğlub olan ilk mütəxəssis kimi tarixə düşüb. Fransız “Arsenal”da 1996-cı ildən işləyir. Onun ÇL-də ən yüksək göstəricisi 2006-cı ildə finala çıxmaq olub. |
|
Xəbər 660 dəfə oxundu. |
|
|