Azərbaycan şahmatçılarının Dünya Kubokunun 1/16 final mərhələsindəki rəqibləri məlum olub
Sentyabrın 17-də Bakıda şahmat üzrə Dünya Kuboku yarışlarının 1/16 final mərhələsinin partiyaları oynanılacaq. Üçüncü dövrədə Azərbaycan qrossmeysterlərindən Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Teymur Rəcəbov iştirak edəcəklər.

1/32 final mərhələsinin yarışlarının klassik hissəsinin nəticələrinə görə, üçüncü dövrəyə 17 şahmatçı, o cümlədən Qədir Hüseynov çıxıb. Daha 15 şahmatçı sentyabrın 16-da keçirilən tay-breyk oyununda müəyyənləşib. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov tay-breyk oyununun nəticələrinə əsasən üçüncü dövrəyə vəsiqə alan şahmatçılardandır.

Azərbaycan şahmatçılarının 1/16 final mərhələsindəki rəqibləri məlum olub. Bu mərhələdə Teymur Rəcəbovun rəqibi Rusiya qrossmeysteri Pyotr Svidler olacaq. P.Svidler tay-breykdə Almaniya təmsilçisi Liviu Diter-Nisipyanuya qalib gəlib. Şəhriyar Məmmədyarov öz həmvətəni Pentalu Harikrişnanı məğlubiyyətə uğradan hindistanlı qrossmeyster Seturaman Panayapan Seturaman ilə qarşılaşacaq. Qədir Hüseynov isə 8/1 final mərhələsinə çıxmaq uğrunda rusiyalı Ernesto İnarkiyevi məğlubiyyətə uğradan Çin qrossmeysteri Dinq Liren ilə mübarizə aparacaq.

Xəbər 637 dəfə oxundu.