Yığmamız İtaliyanı qrup lideri etdi | |
AÇ-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib. Azərbaycan yığmasının doğma meydanda Xorvatiya ilə görüşdüyü gündə H qrupunun digər kollektivləri də meydana çıxıblar. Belə ki, lider Xorvatiyanın əsas izləyicisi İtaliya doğma meydanda autsayder Malta ilə üz-üzə gəlib. Xorvatların Bakıdakı xal itkisindən (0:0) maksimum yararlanan İtaliya maltalıları minimal hesabla məğlub edərək, qrup liderliyini ələ keçiriblər. Bolqarıstan isə Norveçlə münasibətlərinə aydınlıq gətirib. Matç qonaq komandanın qələbəsi ilə başa çatıb. AÇ-2016-nın seçmə mərhələsi H qrupu 3 sentyabr 23:45. Bolqarıstan - Norveç - 0:1 Qol: Veqard Forren, 57. Sofiya. "Vasil Levski" stadionu. Baş hakim - Bas Neyheys (Hollandiya). 23:45. İtaliya - Malta - 1:0 Qol: Qratsiano Pelle, 69. Florensiya. "Artemio Franki" stadionu. Baş hakim - İvan Krujlyak (Slovakiya). |
|
Xəbər 625 dəfə oxundu. |
|
|