Qəbələnin rəqibi Avroliqa üçün 25 oyunçu sifariş etdi | |
Yunanıstanın PAOK klubu Avropa Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Baş məşqçi İqor Tudor sifariş vərəqəsinə 25 futbolçu daxil edib. Onlardan dördü qapıçı, yeddisi müdafiəçi, on ikisi yarımmüdafiəçi, ikisi isə hücumçudur. Qapıçılar: Robin Olsen, Nikos Melissas, Panayotis Qlikos, Marios Siampanis; Müdafiəçilər: Yannis Skondras, Marin Leovats, Stelios Mazelas, Migel Vitor, Rikardu Koşta, Giorgos Tsavellas, Stelius Kitsiu; Yarımmüdafiəçilər: Aleksandros Tsiolis, Eyal Qolasa, Robert Mak, Qoyko Tsimirot, Xaris Xarisis, Qarri Rodriqes, Erqis Kaçe, Yannis Mistakidis, Nikos Korovesis, Erik Sabo, Dimitris Pelkas, Terri Antonis; Hücumçular: Stefanos Atanasiadis, Jayro da Silva. Komandanın yeni transfer Dimitar Berbatovun da adının tezliklə iştirak ərizəsinə daxil edilməsi gözlənilir. Qeyd edək ki, PAOK Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibidir. C qrupunda bu komandalarla birgə Almaniyanın "Borussiya" (Dortmund) və Rusiyanın "Krasnodar" klubları da yer alır. |
|
Xəbər 704 dəfə oxundu. |
|
|