"Qarabağ" növbəti transferini rəsmiləşdirib | |
Ağdam təmsilçisi Hayfa "Makkabi"sində çıxış edən Mikel Markos Maderanı transfer edib. 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə iki illik müqavilə imzalanıb. Futboçunun adı Avropa Liqasının qrup mərhələsinin oyunları üçün UEFA-ya sifariş olunub. Qeyd edək ki, Madera karyerası ərzində "Sportinq Xixon", "Hetafe" (hər ikisi İspaniya), "Birmingem" (İngiltərə) və AEK (Yunanıstan) kimi klubların şərəfini qoruyub. |
|
Xəbər 705 dəfə oxundu. |
|
|