Seymur Əsədov gənclərdən ibarət milliyə çağırıldı | |
Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin qərarı ilə 4 futbolçunun – Ürfan Abbasov (Qəbələ), Rəhman Hacıyev (Neftçi), Nurlan Novruzov (Zirə) və Seymur Əsədovun (AZAL) millinin toplanışında iştirakı başa çatıb. Bu barədə AFFA-nın rəsmi saytı da məlumat yayıb. Məlumatda o da bildirilir ki, Seymur Əsədov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışına qoşulub. |
|
Xəbər 795 dəfə oxundu. |
|
|