"Çelsi" "Barselona"nın futbolçusu keçidini rəsmiləşdirib | |
"Çelsi" "Barselona"nın futbolçusu Pedro Rodriqesin keçidini rəsmiləşdirib. London təmsilçisi ispaniyalı futbolçu ilə rəsmi müqavilə imzalayıb. Bu transfer "Çelsi"yə 30 milyon avroya başa gəlib. İngiltərə klubuna keçidi ilə bağlı danışan Pedro deyib: "Çox xoşbəxtəm. Yeni bir macəraya başlayıram. Buraya kuboklar qazanmaq üçün gəldim. Mənə bu imkanı yaradan və dəstək olan hər kəsə təşəkkür edirəm". |
|
Xəbər 734 dəfə oxundu. |
|
|