“Rəvan”ın U-19 komandasında baş məşqçi dəyişikliyi reallaşıb | |
“Rəvan”ın U-19 komandasında baş məşqçi dəyişikliyi reallaşıb. Allsport.az xəbər verir ki, ölkəmizi UEFA Gənclər Liqasında təmsil edəcək kollektiv Zamin Əsədullayevə həvalə olunub. U-19-un əvvəlki çalışdırıcısı Anar Vəliyev isə “Rəvan” PFK-nın əvəzedicilərdən ibarət komandasına rəhbərlik edəcək. Qeyd edək ki, UEFA-nın “A” kateqoriyalı lisenziyasına malik Z.Əsədullayevin sonuncu iş yeri AzAL-ın U-19 komandası olub. 36 yaxşı mütəxəssis daha öncə Azərbaycanın qızlardan ibarət U-17 və U-19 milli komandalarında baş məşqçi vəzifəsində çalışıb. |
|
Xəbər 704 dəfə oxundu. |
|
|