Barselona tarixinin ən bahalı transferləri | |
10-cu yer. Dmitriy Çiqrinskiy Dəyəri: £ 22,5 milyon Hardan: «Şaxtyor», 2009 Doneskdə çıxış edərkən 2 dəfə Ukrayna çempionu olub və UEFA kubokunu qaznıb.Bununla da ispan nhənginin maraq dairəsinə düşüb. Quardiola Puyolun yaşlı olduğunu başa düşərək ona əvəz axtarırdı. Bundan əlavə kapitan zədələrə də meylli idi. Təcili olaraq mərkəz müdafiəçisi lazım idi. Lakin təəəssüf ki, Çiqrinski gözlənilənləri doğrultmadı. 9. Aleksis Sançes Dəyəri: £ 23 milyon Hardan: «Udineze», 2011 Sançes Çili futbolu tarixində ən bahalı transfer və Barselonanın ilk çilili futbolçusu oldu. Katalonyada 3 il ərzində özünü elə də pis göstərmədi. 8. Dani Alveş Dəyəri: £ 23,5 milyon Hardan: «Sevilya», 2008 2008-ci ildə Zambrotta İtaliyaya qayıtdı. Barselonaya cinah müdafiəçisi lazım idi. Seçim Dani Alveşin üzərinə düşdü.Barselonada 7 il ərzində braziliyalı mümkün titulların hamısına sahib çıxdı.Ötən mövsümün sonunda komandayla yeni müqavilə imzaladı. 7. Arda Turan Dəyəri: £ 23,80 milyon Hardan: «Atletiko» М, 2015 Ötən mövsümdəki nəticələrdən sonra Luis Enrikenin qərarlarına heç kim şübhə ilə yanaşmır. Əgər o , Ardanı alıbsa , deməli türk futbolçu lazımdır. Həqiqətən də Arda yüksək səviyyəli futbolçudur. Atletikoda çoxlu titul qazanıb. 6. Mark Overmars Dəyəri: £ 25 milyon Hardan: «Arsenal», 2000 Kataloniya paytaxtındakı hər bir mövsüm bir-birindən fərqli alındı. İlk mövsümdə holland əsas heyətin üzvü idi və 8 qol vurmuşdu. Bundan sonra Mark əsas heyətdən kənarda qalmağa başladı.Əsas da səbəb zədələr idi. Məhz onun nəticəsində 2004-cü ildə karyerasını başa vurdu. 5. David Vilya Dəyəri: £ 24,2 milyon Hardan: «Valensiya», 2010 İlk beşliyin 1-ci ismi David Vilyadır. Barselonaya keçməzdən əvvəl o , 5 il Valensiyanın şərəfini qorumuşdu. Bu müddət rzində o , 100-dən çox qol vurmuşdu.Barselonada da ispan futbolçu məhsuldarlığını davam etdirdi. Lakin zədə burda da ona imkan vermədi. Bunun nəticəsində o , hətta 21012-ci il Avropa çempionatını da buraxdı. 4. Sesk Fabreqas Dəyəri: £ 35 milyon Hardan: «Arsenal», 2011 Arsenalda o şah idi. Heç kim onun getməyini istəmirdi. Lakin Fabreqas Barselonada oynamaq istəyini dilə gətirərək hər kəsi şoka saldı. 2011-ci ildə nəhayət ki, razusu həyata keçdi. Lakin Kataloniya paytaxtında əsas heyöətin daimi üzvü ola bilmədi. Məhz bu səbəbdən də 3 illik fasilədən sonra Londona qayıtdı.Və Çelsidə ölkə çempionu oldu. 3. Neymar Dəyəri: £ 48,5 milyon Hardan: «Santos», 2013 Ulduz braziliyalı futbolçu uğrunda mübarizədə Barselona hamını qabaqladı. Eyni zamanda katalonlar çox risk etdilər. Heç kim Neymarın istedadının parlayacağına zəmanət verə bilməzdi. Lakin indi bütün şübhələr alt-üst olub. Neymar komandanın aparıcı simasıdır. Transfer bazarında da qiyməti kifayət qədər artıb. 2. Zlatan İbrahimoviç Dəyəri: £ 40 milyon + Etо’о = £ 60 milyon Hardan: «İnter», 2009 İsveçli futbolçu 2009-cu ilin yayında İnterdən Barselonaya keçdi. Bu transfer Barselonanın tarixində ən bahalısı idi. Lakin özünü göstərə bilmədiyindən İtaliyaya qayıtdı. 1. Luis Suares Dəyəri: £ 75 milyon Hardan: «Liverpul», 2014 Katalonların ən bahalı transferi Luis Suaresdir. Uruqvaylı futbolçu Liverpulda son mövsümünü əla keçirmişdi. 33 oyunda 31 qol vurmuşdu. Bu da diqqətdən kənarda qala bilməzdi. Dünya çempionatındakı hadisəyə görəm aldığı cəzaya baxmayaraq Barselona onu risk edib heyətinə qatdı. Diskvalifikasiyaya baxmayaraq Suares komandanın ən məhsuldar futbolçularından biri olmağı bacardı.Messi, Neymar, Suares triosu bütün Avropaya səs saldı. Bununla da ona ödənilən məbləğin boşa çıxmadığı sübut olundu. |
|
Xəbər 869 dəfə oxundu. |
|
|