FIFA prezidenti postuna koreyalı milyarder iddialıdır | |
Beynəlxalq Futbol Federasiyası Assosiasiyasının (FIFA) vitse-prezidenti və Koreya Futbol Assosiasiyasının sabiq başçısı, cənubi koreyalı Çon Moncun təşkilatın prezidenti postuna namizədliyini irəli sürmək qərarına gəlib. FIFA-ya 1998-ci ildən rəhbərlik edən Yozef Blatter mayın 29-da beşinci dəfə seçilib, lakin iyunun 2-də vəzifədən getməsini bəyan edib. Yeni rəhbərin seçiləcəyi növbədənkənar konqres 2016-cı il fevralın 26-da Sürixdə keçiriləcək. BBC Çon Moncundan sitat gətirib: “Əgər mən seçilsəm, işim dəbdəbəli ofisdən zövq almaq olmayacaq. Mənim işim onu dəyişməkdir”. Çərşənbə günü Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəhbəri Mişel Platini FIFA-nın prezidenti postuna namizədliyini irəli sürdüyünü bildirib. “Hər hansı mühüm islahatlar keçirmək onun üçün çətin olacaq. Platini FIFA-nın indiki strukturunun dəstəyindən istifadə edir. Platini mövcud sistemin yetirməsidir”, - deyə Çon Moncun bəyan edib. “Forbes”in məlumatına görə, 63 yaşlı Çon Moncunun sərvəti 1,2 milyard dollar məbləğində dəyərləndirilir. Bundan əvvəl sabiq fransız futbolçusu David Jinola, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, Moskvanın ÇSKA komandasının sabiq baş məşqçisi braziliyalı Ziko, Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Biliti FIFA-nın rəhbər postuna namizədliklərini irəli sürmək istədiklərini bildiriblər. |
|
Xəbər 845 dəfə oxundu. |
|
|