8-10-12 yaşlı uşaqlar arasında Azərbaycan Çempionatı | |
Bu gün Respublika Şahmat Mərkəzində 8-10-12 yaşlı uşaqlar arasında Azərbaycan Çempionatı start götürüb. Çempionat bütün yaş qruplarında dairəvi sistem üzrə keçiriləcək. Yarışda bütün yaş qrupları üzrə 1-ci yeri tutan şahmatçılar Dünya Çempionatına,2-ci yerin sahibləri isə Avropa Çempionatına vəsiqə qazanacaqlar, həmçinin qaliblər pul mükafatı, habelə I-II-III yerlərin sahibləri Respublika Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaqlar Çempionat may ayının31-də başa çatacaqdır. |
|
Xəbər 791 dəfə oxundu. |
|
|