Araz Abdullayev üçün növbəti şans
Bu gün futbol üzrə Yunanıstan Superliqasında 17-ci turun oyunları keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” evdə “Panetolikos”lə qarşılaşacaq.

Qeyd edək ki, həm “Panetolikos”, həm də “Panionios” eyni xala (16) malikdir və 10-11-ci yerləri bölüşürlər. Sadəcə, “Panetolikos” rəqibinə nisbətən 2 görüş az keçirib. Odur ki, bu görüşdə qələbə qazanacaq tərəf böyük üstünlük əldə etmiş olacaq. Matçın doğma meydanda keçirilməsi Arazın komandasının şanslarını artırır.

Xatırladaq ki, Araz yeni klubunda ilk 2 çempionat qarşılaşmasında sonradan meydana daxil olmuşdu. Sonuncu kubok oyununda isə start heyətində meydana çıxdığı halda, 88-ci dəqiqədə əvəzlənmişdi.

Xəbər 1001 dəfə oxundu.