Azərbaycan kuboku: yarımfinalçılar müəyyənləşir | |
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Baş tutacaq 4 oyundan sonra bütün yarımfinalçılar bəlli olacaq. "Bakı" öz meydanında "Qarabağ"ı qəbul edəcək. Ağdam təmsilçisi ilk görüşdə rəqibinə 3:0 hesabı ilə qalib gəldiyi üçün bu oyun formal xarakteri daşıyacaq. Maraqla gözlənilən oyunlardan biri AZAL və "Neftçi" arasında keçiriləcək. İlk görüşdə 0:0 hesabı qeydə alındığından cütün taleyinə məhz bu görüşdə aydınlıq gələcək. "İnter" səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq. Öz meydanında rəqibini 2:0 hesabı ilə məğlub edən "bankirlər" bu üstünlüyünü qorumağa çalışacaq. Zaqatalada "Simurq" "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. Səfərdə 3:0 hesabı ilə qələbə qazanan "Simurq" yarımfinala çox yaxındır. Matç saat 17:00-da başlayacaq. 13 mart Azərbaycan kuboku, 1/4 finalın cavab oyunları 15:00. AZAL – “Neftçi” (İlk oyun - 0:0) Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Elman Musayev Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Əliyar Ağayev AZAL Arena. 15:00. “Bakı” – “Qarabağ” (İlk oyun - 0:3) Hakimlər: Xəlil Xəlilov, Azər Əsgərov, Mehman Mahmudov, Yaşar Abbasov Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 17:00. “Xəzər Lənkəran” – “İnter” (İlk oyun - 0:2) Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev “Xəzər Lənkəran” mərkəzi stadionu. 17:00. “Simurq” – “Qəbələ” (İlk oyun - 3:0) Hakimlər: Ramil Diniyev, Namiq Hüseynov, Kamran Bayramov, Munis Abdullayev Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Etibar Həsənov Zaqatala şəhər stadionu. |
|
Xəbər 876 dəfə oxundu. |
|
|