"Xəzər Lənkəran"ın futbolçusunun yeni klubu müəyyənləşib
"Xəzər Lənkəran"ın sabiq futbolçusu Qalin İvanovun yeni klubu müəyyənləşib.

Bolqarıstanlı oyunçu Türkiyə birinci liqa təmsilçisi "Samsunspor"a transfer olunub. O, "Samsunspor"la 1.5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Q.İvanov ötən ilin dekabrında "Xəzər Lənkəran"la müqaviləni ləğv etmişdi.

Xəbər 818 dəfə oxundu.