"Simurq" Rumıniyanın dördüncüsüylə qarşılaşacaq
"Simurq"un qış fasiləsində yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib. Zaqatala təmsilçisi Rumıniyanın "Astra" klubu ilə qarşılaşacaq. Bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Oyunun vaхtı açıqlanmayıb. Rumıniya çempionatının güclülər dəstəsində çıхış edən "Astra" qış fasiləsinə 30 xalla 4-cü pillədə yollanıb.

Xəbər 775 dəfə oxundu.