Teymur Füzuli oğlu Məmmədov - BÜRÜNC MEDAL | |
Teymur Füzuli oğlu Məmmədov 1993-cü ildə Rusiyanın Tomsk şəhərində anadan olub. Teymur Məmmədov (91 kq) rinqdə ilk qələbəsini, 2008-ci ildə gənclər arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan "VI-cı Heydər Əliyev Kuboku" beynəlxalq turnirində qazandı. O, 2009-cu ildə "VII-ci Heydər Əliyev Kuboku" beynəlxalq turnirində bütün rəqiblərinə qalib gəldi və qızıl medal qazandı. 2010-cu ildə Azərbaycan çempionatında qızıl medal qazandı və ölkənin ən güclü boksçusu oldu. Həmin il dünyanın bir çox ölkəsinin qatıldığı beynəlxalq "Böyük İpək Yolu" turnirində gümüş medal qazandı. 2012-ci ildə Londonda XXX Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı. 2015-ci ildə I Avropa Oyunlarında final rəqibini təmiz qələbə ilə məğlub edərək I Avropa Oyunlarının çempionu oldu. 2017-ci ildə Bakı şəhərində baş tutan IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısıdır. İlham Əliyevin sərəncamına əsasən, XXX London Olimpiadasında qazandığı bürünc medala görə "Tərəqqi" medalı, I Avropa Oyunlarında qazandığı qızıl medala görə "Şöhrət" ordeni ilə təltif edildi. |
|
Xəbər 3142 dəfə oxundu. |
|
|