İngiltərə Premyer Liqası: "Liverpul" qalib gəldi | |
Bu gün İngiltərə Premyer Liqasında 19-cu tura yekun vurulub. Son oyun günündə bir qarşılaşma baş tutub. Doğma azarkeşləri önündə "Suonsi" ilə qarşılaşan "Liverpul" rəqibinə böyük hesabla qalib gəlib. Bu görüşdə 4:1 hesabı ilə qələbə qazanan Liverpul təmsilçisi turnir cədvəlində 8-ci pilləyə yüksəlib. 29 dekabr İngiltərə Premyer Liqası, XIX tur “Liverpul” – “Suonsi” - 4:1 Qollar: Moreno, 33 (1:0), Lallana, 51 (2:0), Siqurdson, 52 (2:1), Lallana, 61 (3:1), Şelvey, 69-avtoqol (4:1) 28 dekabr "Tottenhem” – “Mançester Yunayted” - 0:0 “Sautqempton” – “Çelsi” - 1:1 Qollar: Mane, 17 (1:0), Azard, 45+1 (1:1) "Aston Villa” – “Sanderlend” - 0:0 “Hall Siti” – “Lester” - 0:1 Qol: Mahres, 32 “Mançester Siti” – “Bernli” - 2:2 Qollar: David Silva, 23 (1:0), Fernandinyo, 34 (2:0),Boyd, 47 (2:1), Barnes, 81 (2:2) KPR – “Kristal Pelas” - 0:0 “Stok Siti” – “Vest Bromviç” - 2:0 Qol: Diuf, 51; 66 “Vest Hem” – “Arsenal” - 1:2 Qollar: Kazorla, 41-pen. (0:1), Uellbek, 44 (0:2), Kuyate, 54 “Nyukasl” – “Everton” - 3:2 Qollar: Kone, 5 (0:1), Sisse, 34, (1:1), Peres, 51, (2:1), Kolbak, 68 (3:1), Miralyas, 84 (3:2) |
|
Xəbər 785 dəfə oxundu. |
|
|