«Beijing Dragons» - «Baku Fires»: heyətlər məlumdur | |
Yanvarın 14-də Bakı vaxtı ilə saat 15:30-da Makaoda (Çin) «Zonqyi» İdman sarayında Beijing Dragons (Çin) və Baku Fires (Azərbaycan) komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB) 6-cı turunun matçı keçiriləcək. 54 kq-dək çəki dərəcəsində döyüş daha maraqlı olacağını vəd edir. Həm Mai, həm də Qermaxanov bu mövsümdə məğlubiyyətlə qarşılaşmayıblar. Çinli 2, bizim boksçumuz isə 3 qələbə qazanıb. Bu komandalar arasında noyabrın 12-də Azərbaycanın paytaxtında baş tutmuş ilk qarşılaşmada «Baku Fires» 5:0 hesabı ilə inamlı qələbə qazanıb. Hazırkı heyətdən həmin qarşılaşmada Ramazan Məhəmmədov və Cozef Dennis Parker iştirak ediblər. Qeyd edək ki, «Baku Alovları» 5 görüşdən sonra maksimu xalla «B» qrupunda ilk yeri tutur. «Beijing Dragons» 4 görüş keçirib. Komandanın 3 xalı var və o qrupda sonuncu, altıncı yeri tutur. Qrupun ən yaxşı dörd komandası 1/4 finala yüksələcək. Komandaların heyətləri artıq məlumdur: «Beijing Dragons» - «Baku Fires» 54 kq. Kvinqksian Mai (Çin) - Qairbek Qermaxanov (Azərbaycan) 61 kq. Ksiaohu Liu (Çin) – Semyon Qrivaçyov (Azərbaycan) 73 kq. Donqksu Şanq (Çin) – Məhəmməd Nurudzinov (Belarus) 85 kq. Jianjenq Vanq (Çin) – Ramazan Məhəmmədov (Azərbaycan) +91 kq. Cozef Dennis Parker (Yeni Zelandiya) – Hacı Murtuzəliyev (Azərbaycan) Turnir cədvəli: 1. Baku Fires – 15 xal, döyüşlərin fərqi - 21-4 (5 matç) 2. Leipzig Leopards – 10, 15-10 (5) 3. Mexico City Guerreros – 7, 11-13 (5) 4. Paris United – 7, 8-11 (4) 5. Istanbul Bosphorus – 5, 10-15 (5) 6. Beijing Dragons – 3, 4-16 (4) |
|
Xəbər 1159 dəfə oxundu. |
|
|