"Lokomotiv" Serbiya klubunu darmadağın etdi | |
Voleybolçu qadınlardan ibarət "Lokomotiv" klubu CEV Kubokunda növbəti oyununu keçirib. komandamız 1/8 final mərhələsi çərçivəsində Serbiya "Srvena Zvezda"sının qonağı olub. Belqradda baş tutan görüş təmsilçimizin üstünlüyü ilə keçib. 3 set davam etmiş qarşılşamada Bakı təmsilçisi sevinən tərəf olub. Rəqibi öz meydanında quru hesabla darmadağın edən "Loko" cavab oyunu üçün üstünlük qazanıb. Qeyd edək ki, tərəflərin cavab qarşılaşması dekabrın 17-da Bakıda baş tutacaq. CEV Kuboku 11 dekabr 1/8 final "Srvena Zvezda" - "Lokomotiv" 0:3 (16:25, 21:25, 12:25) |
|
Xəbər 878 dəfə oxundu. |
|
|