Patrik Hikki: Avropa oyunlarına hazırlıq yüksək səviyyədədir | |
Avropa Olimpiya Komitəsinin paytaxtımızda təşkil olunmuş 43-cü Baş Assambleyası bu gün başa çatıb. Toplantıdan sonra AOK-un prezidenti Patrik Hikki KİV-lə görüşdü. Ali qonaq Bakı səfərindən yenə razı qaldığını dedi. Bildirdi ki, şəraitdən çox məmnun qalıblar: «Burada gördüklərimiz valehedicidir. Qalmaq şəraitimiz də super idi. Bakının ilk Avropa oyunlarına hazırlığı yüksək səviyyədədir. Fantastik iş görülür. Adətən, olimpiya oyunlarının təşkilinə 7 il vaxt verilir. Azərbaycanın bütün bunları görməsi 2 ilə sığıb. Bunu zamanında tamamlamaq möcüzədir. Baş Assambleyada müzakirələr getdi. Cari durumdan razıyam». |
|
Xəbər 2534 dəfə oxundu. |
|
|