İspaniyanın 86 oyunluq seriyası başa çatdı | |
Dünən oynanılan matçda Almaniyaya məğlub olan İspaniya, 86 oyunluq seriyanı başa çatdırıb. 6 ildir davam edən bu seriya da sona çatıb. Bu müddət ərzində oynadığı 86 matçda topa sahib olma göstəricisində ispanlar rəqiblərindən üstün olmuşdular. Amma dünənki qarşılaşmada İspaniyanın bu göstəricisi 48,2 %-ə bərabər olub. Rəqibdə isə 51,8 %-dir. Sonuncu dəfə İspaniyadan bu komponentdə məhz elə almanlar 2008-ci il Avropa çempionatının finalında üstün olmuşdular. Maraqlıdır ki, həmin görüşdə İspaniya qalib gələrək Avropa çempionu olmuşdu. |
|
Xəbər 842 dəfə oxundu. |
|
|