Luis Suares Uruqvay millisində iki qol vurdu | |
Luis Suares Uruqvay millisi ilə növbəti matçına çıxıb. 27 yaşlı hücumçu Oman millisi ilə yoldaşlıq görüşündə 79 dəqiqə meydanda olub. Uruqvay yığmasının 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada L.Suares iki qol vurub. Qeyd edək ki, L.Suares millidə sonuncu dəfə "DÇ-2014"də iyun ayında İngiltərə ilə matçda qol vurub. Xatırladaq ki, Suares "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə oyunda (1:0) rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub. Ancaq bu cəzalar yoldaşlıq matçlarına şamil edilmir. |
|
Xəbər 840 dəfə oxundu. |
|
|