“Tour of China”da 2-ci hissə başladı | |
Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of China” veloyürüşünün 2-ci bölümünə start verilib. 1-ci bölümdə inamlı təsir bağışlayan “Synergy Baku” komandasının bütün üzvləri 130 km məsafəyə mübarizədə eyni nəticəyə imza atıblar. Belə ki, velosipedçilərimizdən Aleksandr Surutkoviç, ilk yarışın ümumi sıralanmasında 6-cı olan Metyu Bremmier, Mixael Şvayzer, Elçin Əsədov və Markus Eybeger finişi liderlə eyni anda keçən pelotunun içərisində olublar – 2 saat, 37 dəqiqə, 57 saniyə. Xatırladaq ki, “Tour of China”nın 2-ci bölümündə 22 pro-kontinental və kontinental komanda mübarizə aparır. Bü gün keçiriləcək 2-ci mərhələdə iştirakçılar 140 km məsafə qət edəcəklər. Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur. |
|
Xəbər 694 dəfə oxundu. |
|
|