Amit Quluzadə Portuqaliya klubunda debüt etdi | |
Millimizin sabiq futbolçusu Amit Quluzadə Portuqaliyanın ikinci liqa təmsilçisi "Atletiko"da (Lissabon) debüt edib. O, çempionatın beşinci turunda " Trofense" ilə matçda əsas heyətdə yer alıb. Ancaq 21 yaşlı yarımmüdafiəçi görüşün 37-ci dəqiqəsində əvəzlənib. Qeyd edək ki,sözügedən qarşılaşmada "Atletiko" 0:2 hesabı ilə məğlub olub. Xatırladaq ki, A.Quluzadə bu ilin avqustunda Lissabon təmsilçisi ilə iki illik müqavilə imzalayıb. |
|
Xəbər 889 dəfə oxundu. |
|
|